Sionist hərbçilər bir fələstinli gənci şəhid ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357381-sionist_hərbçilər_bir_fələstinli_gənci_şəhid_ediblər
İnformasiya mənbələri sionist rejim hərbçilərinin atəşləri nəticəsində İordan çayının qərb sahilində fələstinli bir gəncin şəhid edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2020 04:22 Asia/Baku
  • Sionist hərbçilər bir fələstinli gənci şəhid ediblər

İnformasiya mənbələri sionist rejim hərbçilərinin atəşləri nəticəsində İordan çayının qərb sahilində fələstinli bir gəncin şəhid edilməsindən xəbər veriblər.

19 yaşlı fələstinli gənc Tulkərmin şimalında yerləşən Qəffin kəndində şəhid edilib.

Fələstin xalqı Qəffin kəndindən əlavə, Bələyn kəndində, Ramullahın qərbində, Əlxəlilin Babulzaviyə bölgəsində, İordan çayının qərb sahilində sionist rejim hərbçiləri ilə toqquşublar.

Fələstinin qırmızı aypara cəmiyyəti də bildiribdir ki, İordan çayının qərb sahilində yerləşən “Kəfər Qəddum” kəndində işğalçı hərbçilərlə toqquşmada azı 31 nəfər yaralanıbdır.

Onlarla fələstinli dünən amerikan “əsrin sövdələşməsi” planına etiraz olaraq, İordan çayının qərb sahilində sionist rejim hərbçiləri ilə toqquşubdur.

Sionist hərbçilər cümə axşamı günü də qərb sahilində və işğal olunmuş Qüdsdə 4 fələstinlini şəhid edib və 70-dən çox fələstinlini də yaralayıblar.

ABŞ prezidenti Donald Tramp son zamanlar rasist “əsrin sövdələşməsi” planını təqdim etdi.

Qüdsün sionist rejimin paytaxtı kimi tanınması, qərb sahilinin 30%-nin bu rejimə verilməsi, fələstinli didərginlərin öz ölkələrinə geri dövmələri ilə müxalifət və Fələstinin tam şəkildə tərki-silah edilməsi bu biabırçı planın ən mühüm maddələrindəndir.