Suriya ordusu İdlibdə irəliləməkdə davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357383-suriya_ordusu_İdlibdə_irəliləməkdə_davam_edir
Suriya ordusu dünən bu ölkənin şimalında yerləşən İdlib vilayətindəki irəliləyişlərini davam etdirərək, "Təl-Kəratin" və "Məharim" kəndlərini azad etməyə müvəffəq olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2020 05:29 Asia/Baku
  • Suriya ordusu İdlibdə irəliləməkdə davam edir

Suriya ordusu dünən bu ölkənin şimalında yerləşən İdlib vilayətindəki irəliləyişlərini davam etdirərək, "Təl-Kəratin" və "Məharim" kəndlərini azad etməyə müvəffəq olubdur.

Suriyalı mənbələr bildiriblər ki, bu ölkə ordusu həmin iki kəndi azad etdikdən sonra İdlib vilayətinin şərqində terror qruplarının məğlub olmuş ünsürlərini təqib edibdir.

Suriya ordusunun qeyd olunan əməliyyatı zamanı onlarla terrorçu öldürülübdür.

Bu ordu öncəki günlərdə də İdlib vilayətinin cənubu və şərqindəki bir neçə bölgəni terrorçuların işğalından çıxarmağa müvəffəq olmuşdu.

İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır.