Yəmənlilər səud koalisiyasının bir PUA-nı vurublar
-
Yəmənlilər səud koalisiyasının bir PUA-nı vurublar
Yəmənin ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri dünən gecə Əlhudəydə əyalətində yerləşən "16-cı kilometr" bölgəsində təcavüzkar səud koalisiyasının bir casusluq PUA-nı vurublar.
Yəmənin Əlməsirə telekanalı vurulan PUA-nın tipinə və onun vurulmasının detallarına işarə etməyibdir.
Yəmənin ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri fevralın beşində də Əlhudəydə əyalətinin Əltəhita bölməsinin Əlcəbəliyyə məntəqəsinin şimalında səud koalisiyasının bir casusluq PUA-nı vurmuşdular.
Yəmən ordusu və Ənsarullah hərəkatının xüsusən son bir ildəki müdafiə və hücum qabiliyyətləri aşkar artım prosesinə malik və Yəmən savaşındakı qüdrət müvazinəti dəyişikliyə düçar olubdur.
Ərəbistan və müttəfiqləri 2015-ci ildən bəri və dörd ildən çox bir müddətdə Yəməni mühasirə edib, onun ifrastrukturlarını dağıtsa və minlərlə mülkini öldürsələr də bu ölkə xalqının müqavimətinə görə, həmin ölkədə öz məqsədlərinə çata bilməyiblər.