“Əsrin sövdələşməsi” nəticə verməyəcək
Fev 10, 2020 12:24 Asia/Baku
-
“Əsrin sövdələşməsi” nəticə verməyəcək
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü deyib ki, Amerika və sionist rejimin “əsrin sövdələşməsi”nin icrası və qərb sahilinin sionist rejimə qatılması üzrə yeni planın cızılması istiqamətindəki həmkarlıqlarının genişlənməsi nəticəyə çatmayacaq.
Fuzi Bərhum dünən bildirib ki, Fələstin, öz xalqına qalacaq. O, deyib ki, Fələstin xalqı nəhs “əsrin sövdələşməsi” planını nakam qoymaq üçün müttəfiqdir.
Belə bir halda, Həmas və Fəth hərəkatları milli birlik yollarını gücləndirmək və amerikan-sionist plan ilə mübarizə üçün razılığa gəliblər.
Amerika prezidenti Donald Tramp yanvarın 28-də sionist rejimin baş naziri Benyamin Netanyahu ilə yanaşı, rasist “əsrin sövdələşməsi” planını təqdim etdi.