Hələb vilayətinin digər bölgələri azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357580-hələb_vilayətinin_digər_bölgələri_azad_edilib
Suriya mediaları bu ölkənin şimalında yerləşən Hələb vilayətinin digər bölgələrinin terrorçuların işğalından azad edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2020 07:17 Asia/Baku
  • Hələb vilayətinin digər bölgələri azad edilib
    Hələb vilayətinin digər bölgələri azad edilib

Suriya mediaları bu ölkənin şimalında yerləşən Hələb vilayətinin digər bölgələrinin terrorçuların işğalından azad edilməsindən xəbər veriblər.

Suriya ordusu Hələbin cənub-qərbində yerləşən Kəfər Nuran  və qərbində yerləşən Xan Ələşəl kəndlərini azad etməyə müvəffəq olub.

Suriya İnsan Haqları Gözətçisi  adlı mərkəzin bildirdiyinə görə, bu ölkə ordusu Hələb-Dəməşq avtomagistralını öz nəzarətinə alıbdır.

Suriya ordusu həmçnin Hələb şəhərinin ətrafında yerləşən Raşidin-4 bölgəsini terrorçuların işğalından azad edib.

Suriya ordusu ötən günlər ərzində və 600 kvadrat -kilometrdən çox olan öz irəliləyişlərinin davamında yeddi ildən sonra Hələb-Dəməşq beynəlxalq avtomagistralını azad və Suriyanın iki iri şəhəri arasında gediş-gəlişi bərqərar edibdir.

İdlib vilayəti terror qruplarının Suriyadakı sonuncu bazalarıdır. Bu vilayətin, həmçinin Laziqiyyənin şərqi və Hələbin qərb hissələrinin azad edilməsilə terrorizmin bu ölkədəki iştirakına son qoyulacaqdır.