" Biz İslam İnqilabının Böyük Rəhbərinin əsgərləriyik"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357590-biz_İslam_İnqilabının_böyük_rəhbərinin_əsgərləriyik
İraqın xalq səfərbər qüvvələrinin komandan müavini şəhid Əbu Mehdi ƏL-Mühəndidin ailəsi bu gün fevralın 12-də müqavimət şəhidlərinin qırxı günü münasibətilə bir bəyanat yayaraq, müqavimət yolunu tamamlamağa hazır olduqlarını vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 12, 2020 10:27 Asia/Baku
  • " Biz İslam İnqilabının Böyük Rəhbərinin əsgərləriyik"

İraqın xalq səfərbər qüvvələrinin komandan müavini şəhid Əbu Mehdi ƏL-Mühəndidin ailəsi bu gün fevralın 12-də müqavimət şəhidlərinin qırxı günü münasibətilə bir bəyanat yayaraq, müqavimət yolunu tamamlamağa hazır olduqlarını vurğulayıblar.

İRİB-nin məlumatına görə, bu bəyanatda özlərini İslam İnqilabının əsgərləri adlandıran şəhid Əl-Mühəndisin həyat yoldaşı və dörd qızı müqavəmət cəbhəsinə yardım etməyə hazır olduqlarını bildiriblər.

Əbu Mehdi Əl-Mühəndisin ailəsi qeyd edib: "İslam İnqilabının Qüds Qüvvələrinin şəhid komandanı general Qasim Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin qanlarının qisası ABŞ-ın regiondakı varlığına son qoymaqla alınacaqdır.

Müqavimət komandirlərinin şəhid edilməsinin müqavimət cəbhəsinin regional və daxili fəaliyyətlərinə heç bir xələl gətirməyəcəyini vurğulayan şəhid Əl-Mühəndisin ailəsi əlavə edib: "ABŞ, Sionist rejim və müqavimətin digər düşmənləri mütləq məhv olacaqlar".

Ordu generalı şəhid Hacı Qasim Süleymani, Əbu Mehdi Əl-Mühəndis və onların silahdaşlarından bir neçəsi cümə günü yanvarın 3-ü səhər saatlarında təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın paytaxtı Bağdadın aeroportu yaxınlığına endirdiyi aviazərbələr nəticəsində şəhid edildilər. 

General Süleymani İraq dövlətinin rəsmi dəvətilə bu ölkəyə səfər etmişdi.

ABŞ-ın Müharibə Nazirliyi Pentaqonun bildirdiyinə görə, bu hücum ABŞ prezidenti Donald Trampın birbaşa göstərişilə həyata keçirilib.

 ABŞ-ın bu terrorçu hərəkəti bir çox ölkə, təşkilat və qurumun qınağına tuş oldu.

General Süleymani və Əbu Mehdi Əl-Mühəndis Yaxın Şərqdə terrorçu və təkfirçi qruplaşmalar; o cümlədən İŞİD-lə mübarizənin ən tanınmış simalarından hesab olunurdular.