Sionist rejim region problemlərinin amilidir
-
Sionist rejim region problemlərinin amilidir
Livan Hizbullahının baş katib müavini sionist rejimi region problemlərinin amili adlandırıb və belə deyib: Təcrübə göstərdi ki, hər kəs İran və müqavimətlə yanaşı olarsa, qələbəyə çatacaq.
Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim Livanın din alimlərinin iştirakı ilə keçirilən İran İslam İnqilabı qələbəsinin 41-ci ildönümü günü mərasimində deyib: Regionun problemləri sionist rejimin mövcudluğuna görədir. Bu rejim Fələstindən regionu və İslam Dünyasını işğal etmək üçün bir platforma kimi istifadə edir.
Livan Hizbullahının baş katib müavini sonra deyib: Təcrübə göstərir ki, hər kəs İran və müqavimət mehvəri ilə yanaşı olarsa, qələbəyə çatacaq və öz ölkəsini azad edə bilər. Onlar bilməlidirlər ki, müqavimət cəbhəsinin bu böyük və təsirli addımlarından sonra geriyə dönüb, məğlubiyyətlərə dözməyimiz imkanı yoxdur.