İdlibdə atəşkəsin bərqərarı mümkünsüzdür
Fev 13, 2020 09:55 Asia/Baku
Suriyanın BMT-dəki nümayəndəsi bildirib ki, hazırkı şəraitdə İdlibdə atəşkəsin bərqərarı mümkün deyildir.
Bəşşar Əlcəfəri dünən deyib: Siyasi rəqabətlər hərbi gərginliyə çevrilib və hazırkı dövrdə İdlibdə atəşkəsin bərqərarı mümkünsüzdür.
Əlcəfəri sonra deyib: Qərb ölkələri və Amerika Rusiya ilə olan haqq-hesablarına görə, Türkiyəni Suriyada problemlə üzləşdirmək istəyirlər.
Təhlükəsiz İdlib bölgəsinin durumu son həftələrdə terrorçuların fəaliyyətləri və onların bu bölgədən Suriyanın digər nöqtələrinə qarşı hücumları nəticəsində gərginləşibdir.
Türkiyə ordusunun bu bölgəyə daxil olması da vəziyyətin gərginliyini artırıbdır.
Teqlər