Sionist rejimin BMT orqanına həyasız cavabı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357648-sionist_rejimin_bmt_orqanına_həyasız_cavabı
Sionist rejimin baş naziri BMT-nin insan haqları bürosunun sionist qəsəbələrlə ticarət əlaqələrinə malik olan şirkətləri qara siyahıya salmaq barədəki addımına reaksiyada bu beynəlxalq orqanı boykot edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 13, 2020 10:23 Asia/Baku
  • Sionist rejimin BMT orqanına həyasız cavabı

Sionist rejimin baş naziri BMT-nin insan haqları bürosunun sionist qəsəbələrlə ticarət əlaqələrinə malik olan şirkətləri qara siyahıya salmaq barədəki addımına reaksiyada bu beynəlxalq orqanı boykot edib.

BMT-nin Cenevrədə yerləşən insan haqları bürosu qərb sahilinin işğal olunmuş ərazilərindəki sionist qəsəbələrlə ticarət əlaqələrinə malik olan 112 ticarət şirkətini müəyyən edərək, BMT-nin qara siyahısına salıbdır.

Sionist rejimin baş naziri Benyamin Netanyahu dünən BMT-nin insan haqları bürosunun addımını təsirsiz adlandırıb və bildirib ki, sionist rejim bu beynəlxalq orqana qarşı sərt tədbirlər görəcəkdir.

Netanyahu iddia edib ki, bu orqan insan haqları məsələləri ilə anlaşma yerinə, sionist rejim barədə pis təsvir yaymağa çalışır.

BMT-nin Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də 2334 saylı qətnamədə sionist rejimdən istədi ki, təcili və tam şəkildə işğal olunmuş Fələstin ərazilərindəki bütün qəsəbəsalma fəaliyyətlərini dayandırsın, amma sionist rejim Amerika hökumətinin himayəsi ilə və dünya ictimaiyyətinin tələbinə məhəl qoymadan sionist qəsəbələr salmağı davam etdirməkdədir.

Sionist rejim sionistsakinli qəsəbələr salmaqla Fələstin bölgələrinin əhali strukturunu dəyişmək niyyətindədir ki, özünün işğalçılıq və hökmranlıq hədəflərini davam etdirmiş olun.