Sionist rejim Qəzzəni bombalayıb
Fev 16, 2020 05:01 Asia/Baku
Fələstinli mənbələr bu gün səhər tezdən sionist rejim qırıcılarının Qəzzə zolağına qarşı hücumundan xəbər veriblər.
Fələstinli mənbələr bildiriblər ki, sionist rejim qırıcıları Qəzzə zolağının cənubunda Xan Yunus bölgəsini, həmçinin Qəzzənin mərkəzində yerləşən "Deyrulbələh"in qərbindəki bölgələri hədəfə alıblar.
Hələ bu hücumun ehtimal olunan xəsarət və tələfatı haqda bir məlumat yayılmayıbdır.
Sionist rejimin qırıcıları, vertolyotları, pilotsuzları və artilleriyası son həftələr dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıblar.