Livanın cənubunda general Soleymaninin büstü qoyulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357808-livanın_cənubunda_general_soleymaninin_büstü_qoyulub
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Hac Qasem Soleymaninin büstü dünən axşam xüsusi bir mərasimlə Livanın cənubunda yerləşən “Marunəlrəəs” qəsəbəsindəki “İran bağı”nda qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2020 06:27 Asia/Baku
  • Livanın cənubunda general Soleymaninin büstü qoyulub

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Hac Qasem Soleymaninin büstü dünən axşam xüsusi bir mərasimlə Livanın cənubunda yerləşən “Marunəlrəəs” qəsəbəsindəki “İran bağı”nda qoyulub.

Livan Hizbullahının icra şurasının sədri Haşim Səfiyyəddin, Livan məclisində müqavimətə sədaqət fraksiyasının üzvü Həsən Fəzlullah, bu ölkənin bir qrup mədəni şəxsiyyəti və mediasının iştirakı ilə keçirilən bu mərasimdə general Soleymaninin büstü üzərində böyük bir bayraq dalğalanıbdır. Bayrağın üzərində bunlar yazılmışdı: Tezliklə Qüdsdə namaz qılacağıq.

Səfiyyəddin büstün yerləşdirilməsi mərasimində Amerika prezidenti Donald Trampa xitabən deyib: Müqavimət cəbhəsi bu gün general Soleymaninin terror və şəhid edilməsi ilə nəinki zəifləməyib, əksinə onun və onu müşayiət edən silahdaşlarının pak qanları hesabına bu cəbhənini sionist rejimlə qarşıdurmaya hazırlığı və gücü artıbdır.

Livan Hizbullahının icra şurasının sədri bu mərasimdə sionist rejimin siyasi və hərbi başçılarının region parametrlərini öz xeyirlərinə dəyişmək üzrə təsəvvürlərini xam xəyal adlandırıb.

Yanvarın üçündə İraq rəsmilərinin rəsmi dəvətilə bu ölkəyə səfər edən general Soleymani İraqın Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndis və daha səkkiz nəfərlə yanaşı, amerikalı terrorçuların Bağdad hava limanı yaxınlığındakı hava hücumunda şəhid oldular.

Bir çox ölkə, təşkilat və qrup Amerikanın bu terror hərəkətini pisləyibdir.