Suriya ordusu terrorçuların Hums neftayırma zavoduna PUA hücumunu dəf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i357822-suriya_ordusu_terrorçuların_hums_neftayırma_zavoduna_pua_hücumunu_dəf_edib
Suriya ordusu Hums neftayırma zavodunun yaxınlığında terrorçuların beş pilotsuzunu yerə oturdaraq, onların hücumlarını zərərsizləşdiribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2020 16:56 Asia/Baku
  • Suriya ordusu terrorçuların Hums neftayırma zavoduna PUA hücumunu dəf edib

Suriya ordusu Hums neftayırma zavodunun yaxınlığında terrorçuların beş pilotsuzunu yerə oturdaraq, onların hücumlarını zərərsizləşdiribdir.

Terrorçular bu pilotsuzlar vasitəsilə Suriyanın Hums neftayırma zavodunu hədəfə almaq niyyətində olublar.

Terrorçuların PUA hücumları elə bir halda həyata keçirilir ki, Suriya ordusu ötən bir neçə gün ərzində İdlib və Hələb vilayətlərinin 1330 kvadrat-kilometrdən çox bir ərazisini terrorçuların işğalından təmizləyərək, onları ağır xəsarət və tələfata düçar edibdir.

Hələbin qərbi, Laziqiyyənin şərqi və İdlib vilayətinin bəzi bölmələrinin azad edilməsilə terrorizmin Suriyada iştirakı yığışdırılacaqdır.