Məhəmməd Əşrəf Qəni Əfqanıatan seçkilərinin qalibi olub
Fev 18, 2020 18:06 Asia/Baku
-
Məhəmməd Əşrəf Qəni Əfqanıatan seçkilərinin qalibi olub
Əfqanıstan Seçki Komissiyası Məhəmməd Əşrəf Qənini bu ölkədə keçirilmiş prezident seçkilərinin qalibi elan edib.
Ava xəbər agentliyinin verdiyi məlumata görə, Əfqanıstan Seçki Komissiyasının sədri Həvva Elm Nuristani bu gün mətbuat konfransında etdiyi çıxışında deyib: Məhəmməd Əşrəf Qəni səslərin 50.64 faizini qazanaraq seçkilərin qalibi olub.
Əfqanıstanda prezident seçkiləri ötən il 28 sentyabrda keçirilmişdir. Əsl rəqabət hazırkı prezident Əşrəf Qəni ilə Milli Vəhdət Hökumətinin icra başçısı Abdullah Abdullah arasında getmişdir.
Namizədlərdən biri olan Fridun Xəzun Çox gecikən nəticələri tanımadığını bildirib.