Terror qrupları İdlibdə atəşkəsi pozublar
Suriyada Rusiya barışıq mərkəzi ötən iki gün ərzində İdlib vilayətində terror qrupları tərəfindən atəşkəsin 17 dəfə pozulduğunu bildirib.
Suriyadakı Xmeymim bazasının rus hərbi rəsmilərindən biri dünən axşamçağı İdlib vilayətində Türkiyənin himayəsi altında olan terror qrupları tərəfindən atəşkəsin pozulduğunu bildirib. Deyib ki, rus qüvvələr Suriyanın Hələb, Əlriqqə və Əlhəsəkə vilayətlərindəki patrul əməliyyatlarını davam etdirirlər.
Əlməyadin telekanalı da dünən axşamçağı xəbər verib ki, Cibhətunnusrə terror dəstəsi Suriya ordusunun Hələb vilayətindəki mövqelərinə tərəf bir neçə mərmi atıb.
Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü axşamçağı Moskvada öz türk həmkarı Rəcəb Tayyıb Ərdoğanla birgə mətbuat konfransında bildirdi ki, iki tərəf İdlibdə atəşkəsin bərqərarı barədə razılığa gəlibdir.
TERROR QRUPLARI İDLİBDƏ ATƏŞKƏSİ POZUBLAR