Ərriyadın büdcəsində 13 milyard dollar azalma
Ərəbistanın maliyyə naziri bu ölkənin ümumi büdcəsinin 13 milyard dollarlıq azalmasından xəbər verib.
Muhəmməd əl-Cədəan dünən axşamçağı belə deyib: COVID-19 pandemiyasının nəticələrindən irəli gələn beynəlxalq və iqtisadi şəraitə, həmçinin dünya iqtisadiyyatının inkişafının azalması barədəki proqnozlara və bu məsələnin Ərəbistanın ümumi maliyyəsinə olan mənfi təsirlərinə əsasən, Ərriyad öz ümumi büdcəsini 13 milyard dollar azaltmaq qərarına gəlibdir.
Belə bir halda, Amerikanın xam neftinin qiyməti dünən gecə aprel ayında təhvil verilmək üçün 24 faizdən çox azalma ilə 20 dollar 37 sentə və ötən 18 ildə ən aşağı miqdara enibdir.
Həmçinin Şimal dənizinin Brent neftinin hər barrelinin qiyməti may ayında təhvil veilmək üçün 14 faizdən çox tənəzzüllə 24 dollar 65 sentə enibdir ki, bu da 2003-cü ilin mayından bəri misli görünməmiş bir hadisə olubdur.
ƏRRİYADIN BÜDCƏSİNDƏ 13 MİLYARD DOLLAR AZALMA