Mühasirə Yəmən xalqını istehsala doğru çəkir
Yəmən Ali Siyasi Şurasının üzvü bu ölkənin səud koalisiyası tərəfindən mühasirə olunmasına işarə edib. Vurğulayıb ki, mühasirədən irəli gələn problemlər və ona qələbə sahəsindəki səylər Yəmən xalqını istehsal sahəsində yeni nailiyyətlərə doğru sövq etdirir.
Yəmən Ali Siyasi Şurasının üzvü Muhəmməd Əli Əlhusi dünən öz tvitter səhifəsində yazıb: Yəməndə istehsal və sənaye elmi əsaslarla davam edəcək bir hədəfdir və hamı bütün sahələrdə irəliləyiş istiqamətində onun təcrübələrindən istifadə edəcək.
Əlhusi sonra deyib: Yəmən xalqı qədim zamanlardan bəri sənət əhli olub və innovasiyaya malik olmaq ləyaqəti və bacarığına malikdir.
Yəmən Ali Siyasi Şurasının üzvü həmçinin digər bir tvittdə yazıb: Sınaqdan keçirilmiş bəzi xüsusi tənəffüs aparatları Yəmən sənayesi ilə ölkəyə daxil olub və ümid edirik ki, Yəmənin səhiyyə nazirliyi tezliklə testlərin düzgünlüyünü elan edəcək.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
MÜHASİRƏ YƏMƏN XALQINI İSTEHSALA DOĞRU ÇƏKİR