Muqtada əs-Sədr: ABŞ öz qüvvələrini İraqdan və digər ölkələrdən geri çəkməlidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i362909-muqtada_əs_sədr_abŞ_öz_qüvvələrini_İraqdan_və_digər_ölkələrdən_geri_çəkməlidir
Sədr hərəkatının lideri ABŞ-ın İraqdan və digər ölkələrdən bütün qüvvələrini çıxartmalı olduğunu söylədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2020 04:15 Asia/Baku
  • Muqtada əs-Sədr: ABŞ öz qüvvələrini İraqdan və digər ölkələrdən geri çəkməlidir

Sədr hərəkatının lideri ABŞ-ın İraqdan və digər ölkələrdən bütün qüvvələrini çıxartmalı olduğunu söylədi.

SəhərAzəri Tasnim Xəbər Agentliyinin "Al-Furat News"-a istinadən verdiyi xəbərə görə, İraqdakı Sədr fraksiyasının lideri Muqtada əl-Sədr ABŞ-ı bütün qüvvələrini İraqdan və digər ölkələrdən çıxarmağa və proritetlərini dəyişdirməyə çağırıb.

Muqtada əl-Sədr verdiyi açıqlamada bildirib: "ABŞ hər kəsə təkəbbür və qürur hissi ilə yanaşır və müharibə, qətl və talançılıq, qorxutma və böhtan atmaoyunlar və terror aktları həyata keçirərək hamını təslim etməyə çalışır."

Sədr hərəkatının lideri deyib ki; " ABŞ bu ölkənin insanları və dünyanın digər xalqları iləsə düşmən və təkəbbürlü münasibətini dəyişdirməli və bütün işğalçı qüvvələrini dünyanın müxtəlif ölkələrindən, xüsusən İraqdan geri çəkməlidir.