Bəşər əl-Cəfəri: ABŞ-ın rəftarları siyasi şizofreniyanın əlaməti deyilmi?
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri bir çıxışda Vaşinqtonun Suriya xalqına qarşı düşmənçilik hərəkətlərinin "siyasi şizofreniya" olduğunu söylədi.
SəhərAzəri xəbər verir, O deyib:"ABŞ açıq şəkildə Suriyanın 200 min barel neftini qarət edir, 4000 ton pambığını oğurlayır, Minlərlə hektar buğda tarlalarınl yandırır, Suriyanı parçalamağa qürur duyur, Suriya lirəsini bilərəkdən devalvasiya edir, Suriya xalqını boğmaq üçün iqtisadi sanksiyalar tətbiq edir, Suriyanın bir hissəsini işğal edir və Türkiyəni dəstəkləyir və bütün bunlardan sonra ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi irəli gəlir və ABŞ hökumətinin Suriya xalqının həyat şəraitinin pisləşməsindən narahat olduğunu söyləyir. Eyni halda pisləşən iqtisadi vəziyyəti Suriya rejimi adlandırdığı Suriya höküməti ilə əlaqələndirir. Belə bir haqlı sual meydana gəlir ki; Bütün bunlar bir xəstəliyi ifadə etmirmi? Bunlar siyasi şizofreniya əlamətləri deyilmi?”
Skizofreniya, ya da şizofreniya, anormal davranış və danışma ilə xarakterizə edilən bir ruhi xəstəlikdir.