İyun 23, 2020 22:45 Asia/Baku
  • Yəmən ordusunun Səudiyyə Ərəbistanındakı əməliyyatının təfərrüatı

Ansarullah hərəkatına bağlı Yəmən silahlı qüvvələrinin nümayəndəsi Səudiyyə ərazisindəki yəmənli döyüşçülərin yeni əməliyyatının təfərrüatlarını açıqladı.

SəhərAzəri xəbər verir, Bu gün (Çərşənbə axşamı) Ansarullah hərəkatına bağlı Yəmən Silahlı Qüvvələrinin sözçüsü Briqada generalı Yahya Sari açıqladı ki Yəmənli döyüşçülərin Səudiyyə paytaxtına qarşı ən böyük hücumu "Dördüncü Önləyici Balansı Əməliyyatı" adlandırılıb.
Əməliyyatın təfərrüatlarını izah edən Briqada generalı Yahya Sari deyib: “Dördüncü Önləyici Balansı Əməliyyatı” Müdafiə və Kəşfiyyat Nazirliyi, Salman Hava Bazası və Ər-Riyad, Cizan və Nəcrandakı hərbi bölmələri hədəf alıb.
Yahya Sari həmçinin deyib: “Əməliyyat xeyli sayda ballistik raket və Yəmən ordusunun müasir dronlarından istifadə etməklə həyata keçirilib.”
Yəmən silahlı qüvvələrinin nümayəndəsi əlavə olaraq bildirib: “Dördüncü Önləyici Balansı Əməliyyatı” davam edən qəddar mühasirəyə və Yəmən xalqına qarşı təcavüzə cavab olaraq həyata keçirildi.
Yahya Sari Ali-Səud təcavüzkar koalisiyasına üzv dövlətlərə, Yəmənə qarşı hücumları davam etdirmələri ilə bağlı Xəbərdarlıq edərək, Yəmən silahlı qüvvələrinin öz ölkəsi və xalqını müdafiə etməyə qanuni hüquqa malik olduğunu vurğulayıb.
Yəmənli rəsmi, Yəmən silahlı qüvvələrinin, mühasirəyə və Yəmənə qarşı təcavüzlərə son qoymaq üçün Səudiyyə hədəflərinə qarşı daha çox əməliyyat keçirəcəyini də bildirib.

Teqlər