İyul 01, 2020 13:28 Asia/Baku
  • Netanyahu qərb sahilinin ilhaqı planının təxirə salınması ehtimalından danışıb

Sionist rejimin baş naziri bu rejimin qərb sahilinin ilhaqı planının həyata keçirilməsi prosesini mürəkkəb adlandırıb və onun təxirə salınması ehtimalından danışıb.

SaharAzeri xəbər verir, Benyamin Netanyahu bu gün Likud partiyası fraksiyasının iclasında deyib ki, qərb sahilindəki sionistsakinli qəsəbələrin işğal olunmuş Fələstin ərazilərinə qatılması məsələsi mürəkkəb bir prosesdir və bir çox siyasi və təhlükəsizlik məsələlərinə görə, bu mövzunun detallarına daxil ola bilməz.

Belə bir halda, sionist rejimin koalisiya hökumətində Netanyahunun əsas şəriki olan Beni Qants vurğulayıbdır ki, hazırda ilhaq planının icrası üçün münasib zaman deyildir.

Sionist rejimin xarici işlər naziri Qabi Eşkinazi də dünya ictimaiyyətinin təzyiqinə və qərb sahilindən bəzi hissələrin işğal olunmuş Fələstin ərazilərinə qatılması məsələsindəki daxili ixtilafların ardınca bu planın qərara alınmış tarixdə icra olunmasını mümkünsüz adlandırıb.

Sionist rejim bu gün qərb sahilindən təqribən otuz faizin işğalı planını icra etmək niyyətində idi.

 

Teqlər