Yəmən BMT-nin səud koalisiyasının cinayətləri qarşısında susmasını tənqid edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i364675-yəmən_bmt_nin_səud_koalisiyasının_cinayətləri_qarşısında_susmasını_tənqid_edib
Yəmənin insan haqları nazirliyi təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hücumlarının yeni dövrünün BMT-nin sükutundan irəli gəldiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2020 03:17 Asia/Baku
  • Yəmən BMT-nin səud koalisiyasının cinayətləri qarşısında susmasını tənqid edib

Yəmənin insan haqları nazirliyi təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hücumlarının yeni dövrünün BMT-nin sükutundan irəli gəldiyini bildirib.

SəhərAzəri xəbər verir, Nazirlik dünən gecə bir açıqlamada təcavüzkar səud koalisiyasının Yəmənə qarşı hücumlarını pisləməklə bu koalisiyanın Yəməndə törətdiyi cinayətlər barədə beynəlxalq təhqiqatın aparılmasını istəyib.

Yəmənin insan haqları nazirliyi bu açıqlamada sonra belə qeyd edib: BMT-nin Ərəbistanın adını uşaqların hüquqlarını pozanların qara siyahısından çıxardığı zamandan bəri səud koalisiyasının Yəmənə qarşı hücumları 32-dən çox uşaq və 22-dən çox qadının ölümü ilə yanaşı olubdur.

Yəmənin insan haqları nazirliyindəki bir mənbə də BMT-nin səud koalisiyasının yəmənlilərə qarşı cinayətləri qarşısında susmasını pisləyib. Vurğulayıb ki, bu məsələ səud koalisiyasını daha artıq cinayətlər törətməyə daha da həyasızlaşdırır.

BMT-nin baş katibi Antonio Quterreş son zamanlar Ərəbistana yaltaqlıq istiqamətində təcavüzkar səud koalisiyasının adını uşaqların hüquqlarını pozanların qara siyahısından çıxardı.

BMT 2017-ci ilin oktyabrında Yəməndə onlarla məktəbə hücuma və azı 683 yəmənli uşağı öldürdüyünə görə, təcavüzkar səud koalisiyasının adını qeyd olunan siyahıya əlavə etmişdi.