İyul 21, 2020 09:19 Asia/Baku
  • Suriya HHM qüvvələri Dəməşq səmasında düşmən hədəflərilə mübarizə aparıb

Suriya mediaları dünən gecə bu ölkənin hava hücumundan müdafiə qüvvələrinin paytaxt Dəməşq səmasında düşmən hədəflərilə mübarizə aparmalarından xəbər veriblər.

SəhərAzəri Suriyanın rəsmi SANA informasiya agentliyinə istinadla bildirib ki, bu ölkə ordusunun hava hücumundan müdafiə qüvvələri Dəməşq səmasında bir neçə düşmən hədəfini izləyərək, məhv ediblər.

SANA-nın bildirdiyinə görə, bu təcavüz sionist rejim tərəfindən və Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərində yerləşən «Məcdəl Əlşəms» bölgəsi səmtindən həyata keçirilibdir.

Bəzi mənbələr də Suriyanın cənubunda yerləşən Qunəytrə vilayətində bu ölkənin hava hücumundan müdafiə qüvvələrinin fəallaşmasından xəbər veriblər.

Sionist rejim daima terrorçulara dəstək vermək üçün Suriyanın infrastrukturları və ordusunun mövqelərini hədəfə alır.

Suriyada böhran regional parametrləri sionist rejimin xeyrinə dəyişdirmək üçün Ərəbistan, ABŞ və müttəfiqlərinin dəstəklədikləri terror qruplarının 2011-ci ildəki geniş hücumları ilə başlandı.

Sionist rejim Suriyadakı terrorçuların tamamilə məğlub olmalarından son dərəcə narahatdır.

 

Teqlər