Netanyahunun iqamətgahı qarşısında aksiyalar davam edir
Sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiya işlərinə və istibdad siyasətlərinə etiraz edənlər beşinci həftə dalbadal onun işğal olunmuş Qüdsdə yerləşən iqamətgahı qarşısında aksiya keçiriblər.
SəhərAzəri xəbər verir, İşğal olunmuş Qüdsün sakinlərindən bir neçə min nəfər dünən axşamçağı Netanyahunun iqamətgahı ətrafına toplaşıb. Aksiyaçılar sonra yaxın küçələrdə yürüş keçirərək, onun istefasını tələb ediblər.
Aksiyaçıların əllərində, üzərlərində «baş nazir» əvəzinə, «cinayət naziri» yazılmış plakatlar olub. Bununla, onlar Netanyahunun korrupsiya işlərinə etiraz edərək, onun istefasının zərurətini vurğulayıblar.
Son həftələr ərzində neçənci dəfədir ki, Təl-Əviv və işğal olunmuş Qüds də daxil olmaqla qəsb olunmuş Fələsitnin müxtəlif şəhərlərinin sakinləri Netanyahunun qərb sahilnin otuz faizinin işğalı planı, koronavirusla mübarizə bəhanəsilə təhlükəsizlik qüvvələrinin ixtiyarlarının artırılması, həmçinin korrupsiya işləri daxil olmaqla sionist rejimin baş nazinin müxtəlif siyasətlərinə öz etirazlarını bildirirlər.
Netanyahu son aylar ərzində dörd korrupsiya işi ilə üzləşibdir. Bu işləri medialarda 1000-ci iş, 2000-ci iş, 3000-ci iş və 4000-ci iş adlandırırlar.