Bağdad Hava Limanı raket atəşinə tutulub
Noy 29, -0001 23:34 Asia/Baku
İraqın paytaxtı Bağdadda yerləşən Beynəlxalq Hava limanına iki raket atılıb.
SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə “France-Presse” agentliyi İraq hərbçilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
“Reuters”in məlumatına görə, mərmi iki fərqli yerdən atılıb.
Raketlərin hansı qüvvələr tərəfindən atılması barədə hələlik məlumat yoxdur.