Avq 04, 2020 07:08 Asia/Baku
  • Suriya XİN Türkiyəyə xəbərdarlıq etdi

Suriya hökuməti Türkiyə ordusunu bu ölkənin suverenliyini pozmaqda ittiham edib.

SəhərAzəri Sana Xəbər Agentliyinə istinadla xəbər verir, Suriya Xarici İşlər Nazirliyi Türkiyə əleyhinə xüsusi bəyanatla çıxış edib.   Bəyanatda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri bəzi Suriya şəhərlərində Türkiyə bayrağını dalğalandıraraq, ölkənin suverenliyini pozurlar. Bu aşkar şəkildə suverenliyimizin pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət edilməlidir.

Bəyanatda diqqətə çatdırılıb ki, əgər Türkiyə hökuməti bu işləri dayandırmasa, BMT-yə şikayət olunacaq.

Qeyd olunub ki, Türkiyə hökuməti atdığı bütün addımlarla Suriyaya həmişə ziyan vurub. 

Teqlər