Sionist rejimin Hava Hücumundan Müdafiə sistemi raket hücumları qarşısında acizdir
Sionist rejimin Nazirlər Kabinetinin müşahidəçisinin illik hesabatı bu rejimin hava hücumundan müdafiə sisteminin raket hücumu qarşısında acizliyini göstərir.
SəhərAzəri xəbər verir, İşğal olunmuş Fələstin ərazilərində nəşr edilən Maariv qəzeti yazıb: "Sionist rejimin nazirlər kabinetinin müşahidəçisinin Knesset sədrinə təqdim etdiyi illik hesabat göstərir ki, işğal olunmuş ərazilərin daxilində müdafiə sistemləri elə bir formadadır ki, sionist qəsəbə sakinlərini raket və hava hücumundan qoruya bilmir".
Hesabata əsasən, sionistlərin 28 faizinin raket hücumları qarşısında heç vaxt münasib sığınacağı olmayıb və qarşıdurma xəttindən və böyük qəsəbələrdən insanların təxliyə edilməsi planları nəticəsiz və uğursuz olub.
Sözü gedən hesabatda bu rejimin təhlükəsizlik mərkəzlərinin həssas infrastruktur mərkəzlərini qorumaqda acizliyi, həmçinin bu sahədə həll yolunun nəzərdə tutulmaması etiraf edilib.
Məlumatda deyilir ki, 2000-2019-cu illərin sentyabr ayları arasında sionist rejimin fələstinlilərə hücumlarına cavab olaraq, Qəzzə zolağından işğal olunmuş ərazilərə 21 raket atılıb.