Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365571-suriyada_qruplaşmalardan_geri_alınan_bölgədə_böyük_silah_yükü_aşkarlanıb
Suriyanın cənubunda radikal qruplaşmalardan geri alınan ərazilərdə axtarış zamanı yeni silah yüləri aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2020 16:39 Asia/Baku
  • Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb

Suriyanın cənubunda radikal qruplaşmalardan geri alınan ərazilərdə axtarış zamanı yeni silah yüləri aşkarlanıb.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, ölkənin cənubunda axtarış zamanı vaxtilə radikal qruplaşmaların olduğu bir neçə qəsəbə və kənddə silah yükləri tapılıb.

Məlumata görə aşkarlanan silahlar arasında ABŞ və İsrail istehsalı olan qumbara, mina, minaatanlar və sair silah-sursatlar da var.

Suriya Ordusu və paralel qüvvələr 2017 və 2018-ci illərdə ölkənin cənubunda yerləşən Dəra, Qunaytara və Suveyda əyalətini tam olaraq İŞİD və ən-Nusra kimi radikal qruplaşmalardan geri ala bilib.