Beyrut partlayışında sionist rejimin izi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365762-beyrut_partlayışında_sionist_rejimin_izi
Rəy Əl-Yəum qəzeti Beyrut partlayışında sionist rejimin əli olmasına dair dəlil və sübutlar dərc edib. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 10, 2020 02:59 Asia/Baku
  • Beyrut partlayışında sionist rejimin izi

Rəy Əl-Yəum qəzeti Beyrut partlayışında sionist rejimin əli olmasına dair dəlil və sübutlar dərc edib. 

Sahar Azari bildirir ki, Rəy Əl-Yəum qəzeti dəlil və sübutlar ilə Beyrut limanında baş vermiş partlayışda sionist rejimin rolu olduğunu yazıb. 

Rəy Əl-Yəum qəzeti yazır: Çox güman ki, Beyrut limanında baş vermiş partlayışı sionist rejim özünəməxsus metoddan istifadə edərək, həyata keçirib.

Qəzet yazır: Beyrut partlayışının ardınca daxili və xarici düşmənlər o cümlədən Ərəb ölkələri və sionist rejim partlayışa görə Livan Hizbullahını ittiham etməyə başladılar. 

Livan Hİzbullahının baş katibi Seyid Həsən Nəsrullah isə qətiyyətli formada bu ittihamları rədd etdi.