Avq 11, 2020 21:05 Asia/Baku
  • İraqda bir gündə ABŞ qüvvələrinə qarşı ikinci hücum xəbəri verilib

Bağdadın şimalında ət-Taci bölgəsində ABŞ koalisiyasının hərbi karvanına qarşı partlayış törədilib.

SəhərAzəri Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq Ordusundan məlumat verilib.

Bildirilib ki, Bağdadın şimalında yerləşən ət-Taci bölgəsində ABŞ hərbi koalisiyasının hərbi karvanı yolunda bir quraşdırlmış bomba partladılıb. Bu hücumun nəticələri haqda hələ məlumat yoxdur.

Qeyd edək ki, İraqda varlığını yeni elan etmiş “Əshabi-Kəhf” ötən gecə bildirib ki, Küveyt sərhədi yaxınlığında ABŞ qüvvələrinin hərbi maşınları və sursatını partladıb.

İraq və Küveyt sərhəddə hücumun olmasını təkzib ediblər.

Teqlər