Avq 19, 2020 08:09 Asia/Baku
  • Avropa İttifaqı Rəfiq Həririnin terroru ilə bağlı məhkəmənin qərarına münasibət bildirib

Avropa İttifaqının Xarici Siyasət məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Livanın sabiq baş nazirinin terroru ilə bağlı xüsusi beynəlxalq məhkəmənin qərarına münasibə bildirib.

SəhərAzəri xəbər verir, Piter Stano Livanın sabiq baş naziri Rəfiq Həririnin terroru ilə əlaqədar xüsusi beynəlxalq məhkəmənin qərarına reaksiyada, cəzadan toxunulmazlıqla mübarizənin və beynəlxalq qanunlara hörmət etməyin vacibliyini vurğulayıb.

Piter Stano, həmçinin verilən qərarın layiqincə yerinə yetirilməsinə ümidvarlıq ifadə edib.

Beynəlxalq Haaqa Məhkəməsi dünən Rəfiq Həririyə qarşı sui-qəsdin siyasi məqsədlər üçün törədilmiş terror aktı olduğun bəyan edib və Livanın sabiq baş naziri Həririnin terrorunda Hizbullah və ya Suriya rəhbərlərinin əlinin olması barədə hər hansı bir fakt və ya sənədin olmadığını bildirib.

Rəfiq Həririnin terroru ilə bağlı xüsusi beynəlxalq məhkəmə Səlim Əyyaş adlı bir şəxsi, Həriri ilə birlikdə 21 nəfərin ölümü ilə nəticələnən bu fitnə, terrorçu hərəkət və qəsdən törədilmiş qətl hadisəsində və daha 126 nəfərin qətlində təqsirləndirib.

 2005-ci il fevralın 14-də Beyrutda baş verən bomba partlayışı nəticəsində Livanın sabiq baş naziri 21 nəfərlə birlikdə həyatını itirdi və  daha sonra bu əməliyyatda təqsirləndirilən dörd nəfər həbs edildi. Rafiq Həririnin qətli ilə bağlı BMT "Livan üçün xüsusi məhkəmə" adı altında bir sıra araşdırmalara başladı. 

Teqlər