BƏƏ-dən şok gediş: İsraillə görüş ləğv olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366423-bƏƏ_dən_şok_gediş_İsraillə_görüş_ləğv_olundu
Cümə günü BƏƏ, İsrail və ABŞ arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş ləğv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2020 01:31 Asia/Baku
  • BƏƏ-dən şok gediş: İsraillə görüş ləğv olundu

Cümə günü BƏƏ, İsrail və ABŞ arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş ləğv edilib.

SəhərAzəri yeniakit-ə istinadla xəbər verir, BƏƏ hökumətinin görüşdən imtina etməsi səbəbindən toplantının ləğv ediliyi bildirilib. Belə ki, İsrail Baş naziri Benyamin Netanyahunun BƏƏ ilə ABŞ arasında F-35 müqaviləsinə qarşı çıxdığı üçün görüşün baş tutmayacağı bəyan edilib.

Qeyd edək ki, B.Netanyahu açıqlamasında Yaxın Şərqdəki bütün ölkələrə F-35 və digər qabaqcıl silahların satışının əleyhinə olduqlarını söyləyib.