Rusiya və Suriya birgə antiterror əməliyyatı keçirdi, 327 yaraqlı öldürüldü
Suriya ordusunun 18-24 avqust tarixləri arasında Rusiya əsgərlərinin iştirakı ilə geniş miqyaslı antiterror əməliyyatı təşkil etdiyi bildirilib.
SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, Rusiya qüvvələrinin Suriyadakı bir nümayəndəsinin Rusiya mətbuatına verdiyi açıqlamalara görə, Rusiya və Suriya orduları hələ də fəaliyyət göstərən yaraqlılara qarşı “Ağ Səhra” adlı bir əməliyyat keçirib.
Rusiyanın hərbi rəsmisi açıqlamasında bunları deyib: “Ağ Səhra əməliyyatının keçirildiyi bölgədə Rusiya Aerokosmik Qüvvələrinin və Suriya Hərbi Hava Qüvvələrinin təyyarələri, artilleriya atəşi və xüsusi kəşfiyyat və axtarış qrupunun fəaliyyəti nəticəsində 327 yaraqlı öldürüldü, 134 bunker, 17 müşahidə məntəqəsi, 7 təçhizat anbarı və 5 silah və sursat anbarı məhv edildi”.