Küveyt əmirinin ölüm xəbəri təkzib olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367134-küveyt_əmirinin_ölüm_xəbəri_təkzib_olunub
Küveyt əmirliyinin məhkəməsi bu ölkənin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ölümü barədəki media şayiələrini rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2020 13:13 Asia/Baku
  • Küveyt əmirinin ölüm xəbəri təkzib olunub

Küveyt əmirliyinin məhkəməsi bu ölkənin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ölümü barədəki media şayiələrini rədd edib.

SəhərAzəri xəbər verir, Küveyt əmirliyinin məhkəmə işləri naziri Əli Cərrah əs-Sabah deyib ki, bu məhkəmə milli qvardiyanın rəis müavini Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ilə daimi əlaqədədir və o, əminlik veribdir ki, Küveyt əmirinin vəziyyəti yaxşı və stabildir və müalicəsi davam edir.

Küveyt əmirliyinin məhkəməsi həmçinin xəbər və informasiyaların yayılmasında diqqətli olmağa və xəbərləri rəsmi qaynaqlardan almağa çağırıb.

Küveytin 93 yaşlı əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah təqribən iki ay bundan öncədən öz xəstəliyinin müalicəsi üçün Amerikaya səfər edib və hazırda Küveytin vəliəhdi Nəfav əl-Əhməd əl-Cabir əs-Sabah ölkəni idarə edir.