Misirdə repressiya
Əs-Sisi ilə müxalif olanların həbsi davam edir
Misirdə prezident Əs-Sisi ilə müxalif olanların həbsi davam edir.
Səhər Azəri bildirir ki, Misirin təhlükəsizlik qüvvələri prezident Əs-Sisi ilə müxalif olanları həbs edir.
Əl-Cəzirə kanalının məlumatına görə, Misir polisi ölkə prezidenti Əbdülfəttah Əs-Sisi ilə müxalif olanlara hücum edərək, bir qrup etirazçını həbs edib.
Bazar günü ölkə səviyyəsində Əs-Sisi əleyhinə etiraz aksiyalarının keçirilməsinə dair çağırışın ardınca Misir polisi iri şəhərlərə nəzarəti gücləndirib.
Etiraz aksiyalarının keçirilməsi təklifi Misirli iş adamı Məhəmməd Əli tərəfindən irəli sürülüb. O, ötən ilin 20 sentyabrında başlanan etiraz dalğasının ildönümü günündə ölkə səviyyəsində aksiyaların keçirilməsini istəyib. Etiraz aksiyalarına səbəb kimi Əs-Sisinin iqtisadiyyat sahəsindəki siyasətlərinin yetərsiz olması göstərilib.