Okt 04, 2020 15:10 Asia/Baku
  • ABŞ 2500 əsgərini İraqdan çıxarıb

İraqın baş naziri Amerikanın iki min beş yüz hərbçisinin bu ölkədən çıxmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Mustafa Əlkazimi dünən axşamçağı Əl-İraqiyyə telekanalı ilə müsahibədə deyib ki, Bağdadın Vaşinqtonla apardığı strateji danışıqlarda əldə olunan razılaşmaya əsasən, indiyədək Amerika özünün 2500 əsgərini İraqdan çıxarıb.

Əlkazimi sonra deyib: Amerikalı hərbçilərin İraqdan çıxmaları davam edəcək.

İraqın baş naziri Amerika rəsmiləri ilə strateji danışıqlar aparmaq üçün bir nümayəndə heyəti ilə avqustun iyirmisində Vaşinqtona səfər etdi.

Amerika prezidenti Donald Trampın Əlkazimi ilə görüşünün kənarında elan etdiyinə əsasən, həmin iclaslarda Vaşinqtonun üç il ərzində öz qüvvələrini İraqdan çıxarması haqda razılıq əldə olunubdur.

Bu razılaşma İraqın rəsmiləri və parlament üzvlərinin tənqidlərinə tuş gəlibdir. Zira İraqın vətəndaşları və qruplarından bir çoxu terrorçu amerikan qüvvələrin tez bir zamanda İraqdan çıxmalarını istəyir.

İraq parlamenti də cari il yanvarın beşində ABŞ qüvvələrinin İraqdan çıxmaları barədəki layihəni qəbul etdi.

Teqlər