Okt 07, 2020 11:41 Asia/Baku
  • Netanyahuya qarşı aksiyalar davam edir + video

İşğal olunmuş Fələstin sakinləri dünən gecə qəsb olunmuş Qüdsdə və Təl-Əvivdə bir daha aksiya keçirərək, sionist rejimin baş naziri Benyamin Netanyahunun istefa verməsini tələb ediblər.

SəhərAzəri xəbər verir, İşğal olunmuş Fələstin sakinləri bu aksiyada Netanyahuya qarşı şüarlar veriblər.

Ötən bir neçə həftə ərzində ardıcıl surətdə sionist rejimin baş nazirinə qarşı aksiya keçirən etirazçılar onun hakimiyyətdən getməsini tələb edirlər.

Qəsb edilmiş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyası, eləcə də onun koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətinə qarşı aksiyaların şahidi olublar.

Netanyahu son aylar ərzində dörd korrupsiya işi ilə əlbəyaxadır. Bu cinayət işləri medialarda mininci, iki mininci, üç mininci və dörd mininci işlər kimi tanınıbdır.

 

Teqlər