Okt 25, 2020 14:17 Asia/Baku
  • “Əl-Əxrəs şəhid olarsa, Təl-Əvivə raket yağdırarıq”

Fələstin İslami Cihad hərəkatı təhdid edib ki, Əsir Maher Əl-Əxrəs şəhid olarsa, Təl-Əviv müqavimətin mərmilərlə atəşə tutulacaq.

SəhərAzəri xəbər verir, Bəzi mənbələr, Qüds şəbəkəsinə verdiyi məlumatda, Əsir Maher Əl-Əxrəs-in səhhətinin 90 günlük aclıq aksiyasından sonra pisləşdiyini bildiriblər.
Bu mənbələr vurğulayıb ki, Bu fələstinli məhbusun fiziki vəziyyətinin pisləşməsindən sonra İslami Cihadın hərbi qolu olan Qüds qruplari qüvvələrini hazır vəziyyətə gətirib.
Qeyd edək ki, Fələstin müqaviməti əvvəllər bu Fələstinli əsirin vəziyyətinin pisləşməsi və sionist həbsxanalarında şəhid olmasının ağır nəticələri barədə xəbərdarlıq etmişdi.

Teqlər