Noy 23, 2020 14:43 Asia/Baku
  • Fələstin Müqavimət Komitələri:

Fələstin Müqavimət Komitələrinin sözçüsü sionist rejimin Qəzzə zolağına hücumlarına adekvat cavab veriləcəyini söyləyib.

SəhərAzəri xəbər verir, Fələstin Müqavimət Komitələrinin sözçüsü Əbu-Mücahid sionist rejimin Qəzzə zolağına bu günkü hücumlarına reaksiya olaraq, deyib: "Müqavimət, işğalçı İsrail rejimin daxili böhrandan əziyyət çəkdiyini və onu Qəzzəyə ötürmək niyyətində olduğunu bilir". 

Əbu-Mücahid xatırladıb ki, əgər sionist rejim Qəzəyyə təcavüzü və onun mühasirəsini davam etdirmək istəyərsə, bədəlini ödəyəcəkdir".

Qeyd edək ki, sionist rejim qırıcıları bu gün səhər saatlarında bir neçə dəfə Qəzzə zolağının bəzi bölgələrini bombalayıblar.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejim tərəfindən hava, quru və dənizdən mühasirəyə alınıb və bu bölgənin sakinləri bir çox problemlə üzləşıblər.

Teqlər