Netanyahuya qarşı aksiyalar davam edir
Fələstinin İşğal olunmuş ərazilərinin sakinləri noyabrın 22-də bir daha sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyası keçiriblər.
SəhərAzəri xəbər verir, bu etiraz aksiyası işğal olunmuş ərazilərin cənubunda yerləşən "Sde Boker" bölgəsində keçirilib.
Noyabrın 21-də Fələstinin işğal olunmuş əraziləri Netanyahunun müxaliflərinin nümayişlərinin şahidi olub.
Nümayişçilər bu aksiyalarda şüarlar səsləndirərək, Netanyahunun istefa verməsini tələb ediblər.
Son aylarda Fələstinin işğal olunmuş əraziləri dəfələrlə Benyamin Netanyahunun korrupsiyası və onun koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətinə qarşı aksiyaların şahidi olub.
Benyamin Netanyahu son aylarda dörd korrupsiya işləri üzrə ittiham olunub. Bu cinayət işləri medialarda mininci, iki mininci, üç mininci və dörd mininci işlər kimi tanınıbdır.
Mininci adı ilə tanınan cinayət işi Netanyahunun zəngin iş adamlarından aldığı hədiyyələrlə əlaqədardır.
İkinci cinayət işində sionist rejimin baş naziri ilə "Yediot Ahronot" qəzetinin sahibi arasında rəqib qəzet "İsrail Hayom"ə təzyiq göstərmək müqabilində nazirlər kabinetindəki xəbərləri daha yaxşı işıqlandırmağa dair razılaşma ilə əlaqədardır.
Üçüncü cinayət işində Netanyahu, Almaniyadan nüvə sualtı qayıqlarının alınması məsələsində sövdələşmədə günahlandırılır.
Dördüncü cinayət işində Netanyahu "Bezeq" şirkətinin sahibi Şaul Eloviçə milyonlarla dollar kredit verməkdə ittiham olunur.
Sionist rejimin baş prokuroru fevralın sonunda Netanyahuya qarşı üç ayrı-ayrı rüşvət almaq, dələduzluq və etimada xəyanət işləri üzrə cinayət ittihami irəli sürüb.
Netanyahu cinayət istintaqı və dindirmə ilə üzləşən ilk sionist başçısı deyil. Sionist rejimin başçıları arasında əxlaqsızlıq və korrupsiya yayğındır.