Noy 24, 2020 12:25 Asia/Baku
  • Yəmənə qarşı təcavüzün davam etməsi cavabsız qalmayacaq

Yəmən milli qurtuluş hökumətinin baş naziri deyib ki, təcavüzkar səud koalisiyası tərəfindən Yəmənə qarşı təcavüz və bu ölkənin mühasirəsinin davam etməsi cavabsız qalmayacaq.

SəhərAzəri xəbər verir, Əbduləziz bin Həbtur bu ölkənin raket bölməsinin Ərəbistanın «Aramko» neft təsisatlarını hədəfə almaq üzrə özünəməxsus əməliyyatını yüksək dəyərləndirib və Yəmənə hücum edən ölkələrdəki bütün hədəflərin qanuni olduğunu vurğulayıb.

Bin Həbtur bildirib ki, səud koalisiyasına daxil olan ölkələr əgər sülh istəyirlərsə, onda Yəməndə savaşın və bu ölkənin mühasirəsinin davam etməsindən əl çəkməlidirlər.

O, sonra deyib: Yəmən xalqının müqaviməti bəzi ərəb ölkələrinin sionist rejimlə təhqiramiz əlaqələrinin adiləşdirilməsi yolunda bir maneədir.

Yəmən silahlı qüvvələrinin raket bölməsi dünən səhər tezdən «Qüds-2» tipli bir ədəd qanadlı raketlə Ərəbistanın Ciddə şəhərində yerləşən «Aramko» neft şirkətinin paylama stansiyasını hədəfə aldı.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martından Yəmənə hərbi hücum edərək, bu ölkəni hava, quru və dənizdən mühasirə edibdir.

Teqlər