Noy 26, 2020 12:08 Asia/Baku

Yəmən Ali İnqilab Komitəsinin sədri vurğulayıb: Ərəbistan Yəmənə qarşı savaşı hər nə qədər davam etdirərsə, səud hədəflərinə qarşı hücumlar da bir o qədər artacaqdır.

SəhərAzəri xəbər verir, Muhəmməd Əli Əlhusi bu gün bir çıxışda bildirib ki, Yəmən xalqı təcavüzkarlara təslim olmayacaq və Ərəbistanın hücumları hər nə qədər artarsa, bu xalqın müqaviməti də bir o qədər artacaqdır.

Əlhusi bazar ertəsi günü Ərəbistanın «Aramko» neft şirkətinin təsisatlarını hədəfə almış raketin yüz faiz Yəmən istehsalı olduğunu bildirib və belə qeyd edib: Ərəbistanın raket-müdafiə sistemindən keçib-getmiş Yəmən raketinin səud başçılarına mesajı bu idi ki; «Təzədən Amerikaya gedib, yeni hava hücumundan müdafiə sistemi satın alın!»

Yəmən silahlı qüvvələrinin raket bölməsi bazar ertəsi günü səhər tezdən «Qüds-2» tipli bir ədəd qanadlı raketlə Ərəbistanın Ciddə şəhərində yerləşən «Aramko» neft şirkətinin paylama stansiyasını hədəfə aldı.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martından Yəmənə hərbi hücum edərək, bu ölkəni hava, quru və dənizdən mühasirə edibdir.

Teqlər