51 nəfər həbs olundu;
Səudiyyə Müdafiə Nazirliyində 328 milyon dollarlıq korrupsiyanın aşkarlanması
Səudiyyə rejiminin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dünən (26 noyabr) Müdafiə Nazirliyindəki altı korrupsiya hadisəsi ilə əlaqədar 51 nəfərin ittiham olunduğunu açıqlayıb.
SəhərAzəri Farsnews xəbər agentliyinə istinadən xəbər verir, Səudiyyə rejiminin SPA rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, nazirliyin 19 zabiti, 3 dövlət işçisi, 18 iş adamı və sərmayəçi, 8 özəl sektor əməkdaşı və 3 əcnəbi ümumi dəyəri 328 milyon dollar olan altı korrupsiya hadisəsində dindirilib araşdırılıb.
Səudiyyə rejiminin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəsmisi, təşkilatın indiyə qədər 158 korrupsiya hadisəsi aşkar etdiyini və Səudiyyə rejiminin 226 vətəndaşı və əcnbəiləri həbs etdiyini söyləyib.
Hərbi və strateji məsələlər üzrə ekspert Hişam Cabir Əl-Cəzirə telekanalına verdiyi müsahibəsində bunları deyib: "Səudiyyə rejiminin Müdafiə Nazirliyi də daxil olmaqla bəzi nazirliklərdəki korrupsiya təfərrüatlarını elan etməsinin nadir hal olmadığını və bu addımın arxasında siyasi motivlərin olduğunu və köhnə işçilərin məhkum edilməsi üçün köhnə işlərin yenidən açılacağını söyləyib. Bunun ABŞ-da yeni rəhbərliyin hakimiyyətə gəlməsi ilə üst-üstə düşməsi marağa səbəb olub".
2017-ci ilin iyun ayında Səudiyyə rejiminin kralının vəliəhdi təyin olunduqdan sonra, Məhəmməd bin Salman bir çox şahzadə rəqibini və məmuru korrupsiya ittihamı ilə işdən qovub və ya ortadan götürüb.