Türkiyə və sionist rejim arasında gizli görüç keçirilib
Amerikalı bir media qurumu, Türkiyə ilə sionist rejim arasında münasibətləri yaxşılaşdırmaq üçün gizli bir görüşün keçiriliməsini ifşa edib.
SəhərAzəri "Əl-Monitor" saytına istinadla xəbər verir ki, bu qizli görüş Ankaranın təşəbbüsü ilə həyata keçirilib və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan sionist rejim başçıları ilə danışıqlar aparıb və aparmaqdadır.
Məlumatda deyilir ki, Türkiyə hökuməti ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Ərdoğan kökuməti və xüsusilə də sanksiyalar məsələsi ilə bağlı mövqeyindən narahatdır.
Adının açıqlanmasını istəməyən məlumatlı bir mənbə də bu haqda deyib: "Türkiyənin hesablamalarına görə, Baydenin hakimiyyətə gəlməsindən sonra Təl-Əvivlə əlaqə qurmaq Ankara üçün müəyyən imtiyazlar qazandıracaq".
Həmçinin bir neçə gün əvvəl də Türkiyə şirkətləri və sionist rejim şirkətləri arasında iqtisadi əlaqələri genişləndirmək məqsədilə virtual texnologiya konfransı keçirilib ki, deyilənlərə görə, hər iki tərəfin bir neçə siyasətçisi bu konfransda iştirak edib.
Bunlar elə bir haldadır ki, Türkiyə rəsmiləri sözdə özlərini sionist rejimin cinayətləri və işğalçılıqları qarşısında Fələstin xalqının müdafiəçisi kimi göstərməyə çalışırlar, Lakin praktikada müsəlmanların maraqlarına zidd olaraq, Qüdsü işğal edən rejimlə əməkdaşlıq edirlər.