Dek 03, 2020 15:51 Asia/Baku
  • Aramko neft təsisatlarında texniki qüsur baş verib

Ərəbistanın Aramko neft şirkəti Yəmənlə sərhəddə yerləşən Cazan şəhərindəki neft məmulatlarının paylanması stansiyalarından birində texniki nasazlığın baş verməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Aramko neft şirkəti bildirib ki, bu texniki qüsur nəticəsində bir neçə yanacaqdoldurma məntəqəsi bəzi neft məmulatları çatışmazlığı ilə üzləşibdir.

Aramko həmçinin bildiribdir ki, onun texniki qrupu bu problemi aradan qaldırmaq üçün məsələyə qarışıb və məqsəd, Ərəbistanın cənubunda yerləşən Cazan bölgəsinin neft məmulatları ilə təmin edilməsinin mümkün olan tez bir zamanda həyata keçirilməsi olubdur.

Aramko şirkəti Cazan neft təsisatlarında nasazlığın baş verməsi amilinə heç bir işarə etməyib, amma bir çox analitik onu Yəmənin Ənsarullah hərəkatının raket hücumlarının nəticəsi hesab edir.

Ötən həftə Ərəbistanın Ciddə limanında yerləşən Aramko neft təsisatları «Qüds-2» tipli istiqamətləndirilən raketlə hədəfə alındı və Yəmənin ordusu və xalq komitələri qüvvələri onun məsuliyyətini üzərinə götürdülər.

Teqlər