Dek 04, 2020 09:16 Asia/Baku
  • Ənsarullah Məarib istiqamətində bir neçə bölgəni azad etdi

Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Məarib şəhərinə doğru irəliləyir və şəhərdəki qəbilələrin nümayəndə heyəti ilə Yəmən hökuməti arasında şəhərin dağıdılmasının qarşısını almaq üçün danışıqlar davam edir, lakin Ər-Riyad Məarib ilə istənilən müqaviləyə qarşı çıxmağa davam edir.

SəhərAzəri İSWNews xəbər agentliyinə istinadən xəbər verir ki, Yəmən ordusu və Ubəydə qəbilələrinin dəstəklədiyi xalq komitələri, bir neçə gündür Səudiyyə rejimi-BƏƏ təcavüzkar koalisiyasının əməliyyat otaqlarına raket zərbələri endirərək, strateji Məarib şəhərinə doğru son irəliləyişləri davam etdirirlər.
Livanın Əl-Əxbar qəzeti, Yəmən ordusunun son günlərdə Məaribin qərbində yaxşı irəlilədiyini və Rağvan bölgəsi ətrafındakı Umm Əl-Hana bölgəsini azad etməyi bacardığını bildirib. Qüvvələr Yəmənin istefa verərək qaçmış eks-prezidenti Əbdür Rabbu Mənsur Hadinin qüvvələri ilə toqquşmalardan sonra, Məaribin şimal-qərbindəki Əl-Fatixə və Əl-Acuz bölgələrini azad edə biliblər.
Qəzetin yazdığına görə, bu irəliləyiş orduya və xalq komitələrinə Rağvandakı Əsəd bazasını mühasirəyə almağa, Məarib və Əl-Cəvf vilayətləri arasındakı Səudiyyə rejiminin koalisiyasının qərargahına yaxınlaşmağa imkan verəcək.
Bu hücumlarla paralel olaraq, Yəmən qüvvələri Tadavin düşərgəsindəki Səudiyyə rejiminin koalisiyası əməliyyat otağına ballistik raket zərbələri endirmişdi. Hücumlar zamanı 15 səudiyyəli komandir və əsgəri öldürülmüş və yaralanmışdı.
Məarib qəbilələrindəki mənbələr də Əl-Əxbara açıqlamalarında, Yəmən qüvvələrinin Naxla bölgələrini nəzarət altına almağa müvəffəq olduqlarını söyləyiblər. Bu ərazilər Məarib və Sarvah bölgələri arasında yerləşir. Yəmən qüvvələri xain Hadi qüvvələri ilə mübarizəni Məaribin şimalındakı Əl-Sahil bölgələrinə daşımağı bacarıb.
Mənbələrin bildirdiyinə görə, bu toqquşmaların gedişi ordu və xalq komitələrinin qərbdən və şimaldan Məarib tərəfdaşlarına doğru irəlilədiyini göstərir. Yəmənin hökumət qüvvələri Məaribi azad etməyə qərar versə də, şəhərdə mümkün qədər toqquşmaların qarşısını almağa və başqa yollarla azad etməyə çalışırlar.
Məlumatlı mənbələr Məarib qəbilələrindən ibarət heyətin bu həftənin ortalarında şəhərə doğru hərbi irəliləməsinin qarşısını almaq və sülh razılığına gəlmək üçün Sənaya gəldiyini vurğulamışdı.
Bu mənbələrin bildirdiyinə görə, Məarib qəbilələri və şəhərin bəzi yerli məmurları Ənsarullahın baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi planını məmnuniyyətlə qarşılayıblar. Əl-Husi Məaribi məhv olmaqdan və qan tökməkdən uzaqlaşdırmağı təklif etmişdi, lakin Səudiyyə rejimi istənilən razılaşmanı rədd edir.

Teqlər