Dek 08, 2020 11:20 Asia/Baku
  • ABŞ Ənsarullaha gizli mesaj göndərib

Yəmənin Ali İnqilab Komitəsinin sədri ABŞ-ın Səna hökumətinə gizli mesaj göndərdiyini xəbər verib.

 SəhərAzəri FARS-a istinadən xəbər verir ki, Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi bu barədə öz "Twitter" səhifəsində məlumat verib. O, yazıb: "Amerikalılar mediatorlar vasitəsilə Sənaya, gizli bir mesaj göndərib və deyiblər ki, əgər ABŞ Yəməndə sülhə razılıq verməzsə, sülh olmayacaq, hətta əgər Səudiyyə Ərbistanı ona razılıq versə belə".

Əl-Husi bu tvitdə "ABŞ mühasirəsi Yəmən xalqının qatilidir" haştaqından istifadə edib və əlavə edib: "Amerikalılar öz mesajlarında Yəmən rialını digər valyutalar qarşısında çökdürəcəkləri ilə hədələyib və iddia ediblər ki, Yəməndə sülh Səudiyyə Ərəbistanı deyil,onların əlindədir.

Yəmən Ali İnqilab Komitəsinin sədri, həmçinin vurğulayıb: "2020-ci ilin mart ayında ABŞ hökuməti Ərəbistan və BƏƏ-nin köməyi ilə Yəmənə yardımları dayandırdılar, halbuki beynəlxalq qanunlara əsasən, onlar bu yardımların göstərilməsi üçün məsuliyyət daşıyırlar, çünki, Yəmənə müstəqil və suveren bir ölkə olaraq, hücum edib və onu mühasirəyə alıblar".

Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyi ilə Yəmənə hərbi hücum edib və onu hava, quru və dənizdən mühasirəyə alıb.

 

Teqlər