Dek 18, 2020 11:39 Asia/Baku
  • Sionist rejim Qəzzəyə dərman və tibb ləvazimatlarının daxil olmasını əngəlləyir

İşğalçı sionist rejim xərçəng xəstəliyinin müalicəsilə bağlı dərman və tibb ləvazimatlarının Qəzzə zolağına daxil olmasını əngəlləyir.

SəhərAzəri xəbər verir, Fələstin Qırmızı Aypara Cəmiyyəti dünən gecə bir bəyanatda bildirib ki, sinə xərçənginə tutulmuş azı min beş yüz fələstinli qadın sionist rejimin bu hərəkəti üzündən ölüm təhlükəsi qarşısında durubdur.

Bu cəmiyyət vurğulayıb ki, fələstinlilərin müalicə problemləri mürəkkəbdir və koronavirus pandemiyası onların yeganə problemi deyildir.

Bəyanatda sonra deyilir: Qəzzə zolağında xərçəng xəstəliyi ilə bağlı dərmanlar tamamilə defisit olub. Bu bölgənin on dörd il mühasirəsi və sanksiyasından sonra daha müalicədən bir xəbər yoxdur. Daha xəstələrin də müalicə üçün bu bölgədən kənara səfər etmək haqqı yoxdur.

Qəzzə zolağındakı insan durumunu fəlakətli adlandıran Fələstin səhiyyə nazirliyi Qəzzə xəstələrinin dərmanlarını təşkil etmək üçün dünya ictimaiyyətini məsələyə qarışmağa çağırıb.

BMT bundan öncə Q əzzə zolağının insan faciəsilə üzləşdiyini dilə gətirərək, bu bölgədə yaşayış şəraitinin olduqca ağır olduğunu bildirmişdi.

Sionist rejim 2006-cı ildən, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın parlament seçkilərindəki qələbəsindən sonra Qəzzə zolağını mühasirəyə alaraq, yanacaq, ərzaq, dərman və tikinti materialları kimi əsas əmtəə mallarının bu bölgəyə girişinin qarşısını alır.

Teqlər