Qətər Və Ərəbistan sərhədlərin açılması barədə razılığa gəliblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i371616-qətər_və_Ərəbistan_sərhədlərin_açılması_barədə_razılığa_gəliblər
Küveytin xarici işlər naziri dünən (4 yanvar) bir bəyanat yayaraq, Səudiyyə Əərbistanı və Qətər arasında quru və hava sərhədlərinin açılması barədə razılığın əldə edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2021 08:22 Asia/Baku
  • Qətər Və Ərəbistan sərhədlərin açılması barədə razılığa gəliblər

Küveytin xarici işlər naziri dünən (4 yanvar) bir bəyanat yayaraq, Səudiyyə Əərbistanı və Qətər arasında quru və hava sərhədlərinin açılması barədə razılığın əldə edilməsindən xəbər verib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Küveytin xarici işlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əl-Səbah deyib: "Küveyt Əmiri, Qətər Əmiri və Səudiyyə Əərbistanının vəliəhdi ilə "Əl-Ula" zirvəsi müqaviləsinin imzalanması ilə bağlı telefon danışığı aparıblar".

"Yanvarın 5-dən etibarən Səudiyyə Əərəbistanı və Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması qərara alınıb", - deyə o, əlavə edib.

Bundan əvvəl Küveytin xarici işlər nazirinin müavini Xalid Əl-Carullah yanvarın 5-də Ərəbistanın Əl-Ula şəhərində keçiriləcək Fars Körfəzi Əməkdaşlıq Şurasının zirvə görüşünün Qətərlə kompromisə dair bir razılaşmanın əldə edilməsi və onun icrası ilə müşayiət olunacağına ümidvarlıq edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir 2017-ci ilin iyun ayında Qətərlə əlaqələrini kəsdiklərini bildirib, bu ölkənin terrorizmi dəstəklədiyini  iddia etdilər, Lakin bu iddia Doha tərəfindən rədd edildi.