Türkiyənin mərmi hücumu nəticəsində Suriyada bir elektrik stansiyasının fəaliyyəti dayanıb
Türkiyə qüvvələrinin və bu ölkədən asılı olan yarımhərbçilərin mərmi hücumu nəticəsində Suriyanın şimal-şərqində yerləşən bir elektrik stansiyasının fəaliyyəti dayanıbdır.
SəhərAzəri xəbər verir, Suriyanın rəsmi SANA informasiya agentliyi bu gün bu ölkənin Əlhəsəkə vilayətinin şimal-qərbində yerləşən «Təl-Təmər» bölgəsində su elektrik stansiyasının fəaliyyətinin dayandığını bildirib.
Əlhəsəkə vilayətinin elektrik idarəsinin baş direktoru Ənvər Əkələ SANA ilə müsahibədə bildiribdir ki, Türkiyə qüvvələri bu gün səhər bir neçə mərmi ilə Təl-Təmər su elektrik stansiyasını hədəfə alıblar. Nəticədə elektrik stansiyasının fəaliyyəti dayanıb.
Ənvər Əkələ sonra deyibdir ki, elektrik stansiyasının çöl divarına xəsarət dəyib və Zərkan və Təl-Təmər bölgələrinin işığını təmin edən xətlər ziyan çəkiblər.
O, bildirib ki, elektrik şirkətinin tabeliyində olan emalatxanaların qüvvələri zərər çəkmiş xətləri tapıblar.
O, həmçinin deyibdir ki, bölgənin elektrikinin geri qaytarılması üzrə səylər göstərilir və qüvvələr törənmiş nasazlığı düzəltməyə çalışırlar.
SANA sonda yazıbdır ki, Rəəsuləyn şəhərində və onun ətrafında yerləşən Türkiyə qüvvələri, həmçinin onların tabeliyində olan terrorçu muzdlular dəfələrlə Əlhəsəkənin şimalında və qərbində mövcud olan xidmət təsisatlarını və infrastrukturları hədəfə alıblar. Nəticədə bölgə əhalisi qeyd olunan xidmətlərdən məhrum olubdur.
Suriyanın rəsmi informasiya agentliyi bundan öncə də xəbər vermişdi ki, Türkiyə və bu ölkənin himayəsi altında olan və Rəəsuləyn şəhərinin ətrafında yerləşən yarımhərbçilər koronavirus pandemiyası şəraitində dəfələrlə Əluk su nasos stansiyasının istifadəyə verilməsinə mane olublar. Bu hərəkət Əlhəsəkə şəhəri sakinlərinin içməli suyunun kəsilməsinə səbəb olub və onları öz içməli sularını təmin etmək üçün su tankerlərindən istifadə etməyə məcbur edibdir.
Suriya Türkiyənin bu hərəkətilə ilə bağlı BMT Təhlükəsizlik Şurasına və BMT baş katibinə iki məktub göndərmiş, Ankara isə Dəməşqin bu bildirişini əsassız adlandırmışdı.