Yan 07, 2021 18:12 Asia/Baku
  • Sionist rejimin 2021-ci ildəki əsas problemləri

Sionist rejimin daxili təhlükəsizlik araşdırmaları mərkəzi 2021-ci ildə bu rejimə ən böyük təhlükənin Livan, Suriya, Yəmən və İranın dəqiq raketləri olduğunu bildirib.

SəhərAzəri xəbər verir, bu mərkəz bir araşdırmanın nəticələrinə əsasən vurğulayıbdır ki, 2020-ci ildə İranın nüvə anlaşmasından çıxmasına və bu ölkənin raket layihələrinin irəlilədilməsinə görə, sionist rejim ordusunun gücünün tənəzzülü və daxili təhlükəsizlik müvazinətində dəyişiklik başlandı.

Bu sionist mərkəz sionist rejimin 2021-ci ildəki problemlərindən digər birisini saziş razılaşması çərçivəsində bir sıra ərəb ölkəsinə Amerikadan silah satın almaq icazəsi verməsi adlandırıb və sionist rejimin Co Baydenin seçilmiş hökumətilə münasibətlərinin qurulmasına təkid edib.

Bu məlumatda həmçinin qeyd olunubdur ki, sionist rejim 2021-ci ildə Misiri, İordaniyanı və Fələstin Muxtariyyətini regional əməkdaşlıqlara ilhaq etmək üçün hərəkətə keçməli, habelə Həmas-ın hərbi gücü ilə yanaşı, bu hərəkatın hərbi hücumunun artmasının da qarşısını almalıdır.

Teqlər